Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Klinika haqqinda

Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin sərəncamı əsasında yaradılmışdır. Bu klinika universitetin ilk açılmış klinikasıdır. Stomatoloji klinika 4 mərtəbəli binada yerləşir (ərazisi 5040kv.m), 138 kabinetdən və 3 geniş manitorlarla təchiz olunmuş mühazirə zalından ibarətdir.  Fəaliyyət istiqaməti – yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün isə müasir tələblərə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidməti təmin etməkdən ibarətdir. Stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Stomatoloji klinikanın strukturu 6 kafedradan və 9 şöbədən ibarətdir: Terapevtik stomatologiya kafedrası, Ortopedik stomatologiya kafedrası, Uşaq stomatologiyası kafedrası, Ümumi stomatologiya kafedrası, Ağız və üz-çənə cərrahiyyəsi kafedrası və Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının bir hissəsi, terapiya şöbəsi, cərrahiyyə şöbəsi, ortopediya şöbəsi, ortodontiya şöbəsi, parodontologiya şöbəsi, implantologiya şöbəsi, fizioterapiya kabineti, rentgen şöbəsi, rentgen diaqnostika-tədris kabineti, laboratoriyalar. Eyni zamanda qeyd etmək istəyirəm ki, beynəlxalq təhsil qaydalarına uyğun olaraq, həkim-stomatoloq hazırlığı məqsədilə, sentyabr ayında tələbələr üçün yeni «Stomatoloji Tədris Mərkəzi» istifadəyə verilmişdir. Mərkəz ibarətdir: 20 stomatoloji qurğu yerləşən klinik zaldan, 2 fantom kabinetindən; sterilizasiya otağından və s. Burada tələbələr müəllimlər və rezidentlərlə birlikdə xəstə qəbul edərək, konsultativ və müalicə işilərini sərbəst yerinə yetirməklə manual vərdişlərini təkmilləşdirir.   

         Klinikada 260-dan çox professor-müəllim heyyəti, həkim-stomatoloqlar və köməkçi personal işləyir. Onlardan 8-i tibb elmləri doktoru-professor, 2-si tibb elmləri doktoru, 32-si dosent, 63-ü isə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Eyni zamanda bu gün klinikada stomatologiya üzrə 17 həkim-rezident təhsilini davam etdirir; 3 nəfər doktorantura kursunu və 8 nəfər xarici həkim-stomatoloq isə 3 illik ixtisasartırma kursunu keçirlər. Əməkdaşlardan hal-hazırda 22-si dissertasiya üzərində çalışırlar; II, III, IV kursların tələbələri istehsalat təcrübəsi praktikasını keçirlər. Stomatologiya fakültə Elmi şuranın iclasları, aprobasiya şuraları, kafedraların iclasları, Tələbə Elmi Cəmiyyətinin konferensiyaları və s. daima Stomatoloji klinikada keçirilir.         

         Bu gün Klinika müasir stomatologiyanın bütün nailiyyətlərini özündə əks etdirir: tədris və həkim kabinetləri ən müasir diaqnostika-müalicə avadanlıqları və ləvazimatlarla təchiz olunmuşdur; stomatoloji qurğular sayı 129 ədəddir. Stomatoloji qurğular Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə və s. istehsal olunmuş müasir qurğulardır. Sterilizasiya sistemi köklü dəyişərək, avtoklavlaşdırma sisteminə keçmişdir.

         2011-ci ildə Klinikanın rentgen-diaqnostika şöbəsi universitet tərəfindən Yaponiyanın «Maritta» firmasının ən müasir rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunmuşdur və bu şöbədə toplanan məlumat əsasında tələbələr və həkimlər üçün kompyuterlə təchiz olunmuş tədris rentgen-diaqnostika kabineti açılmışdır.

         Klinikanın diş texniki laboratoriyalarının avadanlıqları və materialları yenilənərək ən müasirləri ilə əvəz olunmuşdur. Bu gün laboratoriyada metal-keramika, metalsız-keramika, vinirlər, metal-plastmass, kompozit plastmass, çıxan akril və termoplast protezlər, bügel protezlər ən yüksək tələblərə cavab verən keyfiyyətdə hazırlanır.

         Universitet tərəfindən Klinikaya kabelli internet çəkilmişdir və WI-FI sistemi ilə bütün binada müəllimlər və tələbələr tərəfindən istifadə olunur.

         Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsullarından ibarətdir.

         Klinika əməkdaşları axırıncı 5 il ərzində Respublikada və Xaricdə keçirilən 300-dən çox Beynəlxalq Konfranslarda, simpoziumlarda aktiv iştirak ediblər.

         Beynəlxalq aləmdə stomatologiyanın hər bir yeni nailiyyəti əməkdaşlarımız tərəfindən dərhal ezam olunaraq mənimsənilir, klinika əməkdaşlarına çatdırılır və praktik-stomatologiyada, tədris məşğələlərində istifadə olunur. Eyni zamanda qeyd etmək istəyirəm ki, ATU-nun Stomatoloji Klinikası Türkiyənin bütün Universitetləri ilə, Amerika, Almaniya, Fransa, İtaliya, Gürcüstan, Rusiya, Ukrayna və s. universitetlərinin stomatoloji klinikaları ilə qarşılıqlı elmi-praktiki əlaqələr saxlayır.

         Universitetdə tədrisin Boloniya prosesinin kredit sisteminə keçməsi ilə əlaqədar olaraq kafedraların tədris proqramlarına uyğun dəyişikliklər aparılır.

         Tələbələrimiz təhsilini bitirdikdən sonra istədiyi ölkələrdə təhsillərini davam etdirmək və işləmək qabiliyyətinə malikdirlər.

         Klinikada Stomatologiya fakültəsinin təxminən 900 tələbəsi təhsil alır. 


gallery-1
gallery-1
gallery-1