Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: [email protected]

Xəbərlər

Qan xəstələrinin stomatoloji təzahürləri və onların aradan qaldırılması müasir dövrümüzdə aktual problemdir

2013-cü ildə çap edilmiş, B.Ə.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu və Respublika Talassemiya mərkəzində qan xəstələrinin stomatoloji statuslarını öyrənərkən əldə edilən və dünya ədəbiyyatından götürülmüş deyerli melumatlar əsasında tərtib olunmuş "Qan xəstəlikləri zamanı stomatoloji ağırlaşmalar" dərs vəsaitində bir sıra hematoloji və immunoloji xəstəliklər zamanı ağız boşluğunun orqan və toxumalarında baş verən patoloji proeseslər və onların aradan qaldırılması üsulları öz əksini tapmışdır. Kitab ATU-nun tələbələri, həkim-rezidentlər, praktiki həkim-stomatoloqlar və elmi fəaliyyətlə məşğul olan şəxslər üçün nəzərdə tutulmuşdur, 291 səhifədən ibarətdir.