Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Xəbərlər

ATU-nun Tədris Stomatoloji Klinikasının əməkdaşı Qarayev Kazım Xəlil oğlunun yubileyi keçirilmişdir.

         ATU-nun Tədris Stomatoloji Klinikasının əməkdaşı Qarayev Kazım Xəlil oğlunun 74 illiyi və əmək fəaliyyətinin 50 illik yubileyi keçirilmişdir. O, 15 fevral 1944-cü ildə Ağdaş rayonunda dünyaya göz açmışdır və 1953-1963-cü illərdə orada orta məktəbi bitirmişdir. Həmin ildə ATU-nun Stomatologiya fakültəsinə qəbul olunmuş və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən o ilk əmək fəaliyyətinə Qazıqumlaq kənd xəstəxanasında başlamışdır. 1974-1978-ci illərdə isə Rayon poliklinkasında öz əmək fəlaiyyətini davam etdirmişdir. 1980-ci ildən isə Bakı şəhəri 4 saylı stomatoloji poliklinikada, 2002-ci ildən isə ATU-nun Stomatoloji klinikasında əmək fəaliyyətini davam etdirmişdir. Ümumilikdə isə Qarayev Kazım Xəlil oğlu 50 il həkim-stomatoloq kimi uğurlu fəaliyyət göstərmiş və özündən sonra həkim-stoamtoloqların praktiki fəaliyyətləri üçün töhvələr vermişdir.

      Yubiley tədbirini giriş sözü ilə klinikanın direktoru, tibb üzrə elmlər doktoru Alqış Səfərov açaraq, Kazım müəllimin keşməkeşli həyat yolu, müvəffəqiyyətli əmək fəaliyyəti və verdiyi töhvələr barəsində əsas məqamları iclac iştirakçlarının diqqətinə çatdırdı. Daha sonra digər iştirakçılar da Kazım müəllim və onun əmək fəaliyyəti haqqında xoş xatirələrlə söz açaraq çıxışlar etdilər. Sonda Kazım müəllimə uzun ömür və can sağlığı arzulandı.