Dünən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının önündə Prezident İlham Əliyevə dəstək məqsədilə, tədbir keçirilmişdir. Tədbirdə partiya təşkilatının üzvləri ilə bərabər ATU-nun rəhbərliyi və əməkdaşları da aktiv iştirak etmişlər. Onlar arasında ATU-nun Stomatologiya fakültəsinin dekanı Səid Əhmədov, Terapevtik stomatologiya kafedrasının müdiri t.ü.e.d. Ağa Paşayev, Anar Ağayev və başqaları da olmuşdur. Tədbir yürüşlə davam etdirilmişdir.