Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Xəbərlər

ATU-nun Stomatoloji Klinikasında Ölçü materialları və onların tətbiq edilməsinə dair Seminar-Master Klass keçirilmişdir.

      ATU-nun Stomatoloji Klinikasında 28.04.2018-ci il tarixdə ARMADA firmasının dəstəyi ilə Zhermack firmasının Ölçü materialları və onların tətbiq edilməsinə dair Seminar-Master Klass keçirilmişdir. Master Klass Türkiyə Respublikası 19 Mayıs Universitetinin əməkdaşı dos. Şafak Külünk tərəfindən keçirilmişdir. Master Klassda bir sıra yeni ölçü materialları, onların tətbiqi və istifadəsinə göstərişlər barəsində iştirakçılara məlumat verilmişdir. İştirakçıların sayı 100-dən artıq olmuşdur. Seminarı giriş sözü ilə ATU-nun Terapevtik Stomatologiya kafedrasının tədris hissi müdiri, dos. F.Y.Məmmədov açaraq, qardaş ölkədən gəlmiş mütəxəsislər iştirakçılara təqdim etmişdir. Daha sonra mühazirə zalında bir saatlıq arayışdan sonra iştirakçılar və mütəxəsislər Klinikanın tədris mərkəzinə gedərək adı çəkilən mövzuya dair master klass təşkil etmişlər.