Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Xəbərlər

ATU-nun Terapevtik Stomatologiya kafedrası tərəfindən V kurs tələbələrinin Obyektiv Strukturlaşdırılmış Kliniki imtahanı keçirilmişdir.

ATU-nun Terapevtik Stomatologiya kafedrası tərəfindən Tədris Stomatoloji klinikanın tədris mərkəzində V kurs tələbələrinin Obyektiv Strukturlaşdırılmış  Kliniki imtahanı keçirilmişdir. İmtahanda komissiya üzvləri ilə yanaşı  ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov və Stomatologiya fakültəsinin dekanı, t.ü.f.d., dosent S.Əhmədov da iştirak etmişdir. Qeyd edək ki, stomatologiya fakültəsi üzrə Obyektiv Strukturlaşdırılmış Kliniki imtahanlar artıq 2-ci ildir ki, uğurla keçirilir.