Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Elanlar

ATU -nun Tədris Stomatoloji klinikasında rezident və tələbələr üçün seminar keçirilmişdir.

20 may 2017 -ci il tarixdə ATU -nun Tədris Stomatoloji Klinikasının mühazirə zalında (II mərtəbə) ortopedik stomatologiya kafedrasının təşəbbüsü ilə "Diş ətrafı bioloji enin formalaşması, anatomiyası və əhəmiyyəti" mövzusunda (mühazirəçi: t.ü.f.d. Aslan Məmmədov) seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Ortopedik Stomatologiya kafedrasının müdiri, t.ü.e.d. N.A.Pənahov açmışdır. Daha sonra isə mühazirəçi t.ü.f.d. Aslan Məmmədov seminarı uğurla apararaq, mövzuya dair bir sıra mətləblərə aydınlıq gətirmişdir. Sonda tələbə və rezidentlər onlarda maraq oyadan sualları mühazirəçiyə ünavnlamışlar və onları qane edən cavablar almışlar. Seminar rezidentlərin praktiki baxımdan təkmilləşmələrinə töhvə vermişdir və yüksək qiymətləndirilmişdir.