Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Elmi istiqamət

Terapevtik stomatologiya kafedrası 1956-cı ildə  yaradılmış və ona ilk rəhbərliyi 1968-cı ilə qədər tibb elmləri namizədi, dosent Ə.İ.Həsənzadə etmişdir.

          1969-cu ildən 1985-ci ilə qədər Terapevtik stomatologiya kafedrasına dosent R.B.Mirzəyev rəhbərlik etmişdir. Azərbaycan dilində ilk «Terapevtik stomatologiya» dərsliyinin müəllifi kimi də R.B.Mirzəyev stomatologiyanın tarixinə düşmüşdür.

  1968-ci ildən kafedraya Azərbaycanın əməkdar həkimi, professor Ç.A.Paşayev rəhbərlik etmişdir. O, stomatologiya sahəsində ölkəmizdə ən çox elmi kadr hazırlaşmış elm xadimidir.  Dos.R.Qasımov 2010-2012 illərdə kafedraya rəhbərlik etmişlər.

2013-cü ildən tibb üzrə elmlər doktoru Ağa Çingiz oğlu Paşayev kafedraya rəhbərlik edir.

Kafedranın əməkdaşları tərəfindən aşağıdakı dərsliklər çap edilmişdir: "Terapevtik stomatologiya" Mirzəyev R. B. (Azərbaycan dilində, 1982-ci il); Məmmədov F. Y., Səfərov A. M. “Dental Caries” (Ingilis dilində, 2010); Məmmədov F. Y., Səfərov A. M., Yusubova Ş. R.  “Terapevtik stomatologiya” (Azərbaycan dilində, 2010); Həsənov V. M.  “Terapevtik stomatologiya” (Təməl bilgiləri, 2010); Qasımov R. K., Məmmədov R. M.,  Aslanov K. L., Əliyev Q. X., İbrahimov Z. O., İbrahimov M. X., Terapevtik stomatologiya propedevtikası. (Fantom kurs, 2011);  Həsənov V. M. “Terapevtik stomatologiya” (Dişin sərt toxumalarının xəstəlikləri, 2012); R.M.Məmmədov, B.M. Həmzəyev, «Parodont xəstəlikləri» (Dərs vəsaiti, Bakı-2012); Səfərov A.M., Məmmədov F.Y., Alkişiyev K.S. «Bəzi qan xəstəlikləri zamanı stomatoloji ağırlaşmalar» (Dərs vəsaiti, Bakı, 2013); Tarıverdiyeva Е. Q.,  Musayev F. Y.,  Hüseynova E. V. «Аğızın selikli qişa xəstəlikləri» (Dərs vəsaiti, Bakı, 2013).

Kafedrada 2 doktorluq, 21 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Kafedra əməkdaşları tərəfindən 350-dən çox məqalə, həmçinin metodik dərs vəsaitləri və metodik tövsiyələr çap olunmuşdur.

Kafedranın xüsusi nailiyyəti: kariyes və parodont xəstəliklərinin müalicə və profilaktikasında təbii vasitələrin tətbiqidir.

Kafedranın işçiləri terapevtik stomatologiya sahəsinə aid ölkəmizdə və xaricdə keçirilən Beynəlxalq simpozium,  konqres, konfrans və s. tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.

 

Hal-hazırda kafedrada aşağıdakı istiqamətdə elmi-tədqiqat işləri aparılır:

 

          Əhalinin müxtəlif qrupları arasında stomatoloji patologiyaların  yayılma xüsusiyyətlərinin öyrənilməsi və müalicə-profilaktika vasitə və metodlarının təkmilləşdirilməsi. Xroniki gingivit  və parodontitli, odontogen infeksiyalı şəxslərin, hamilə qadınların və ruhi xəstələrin ağız boşluğunda olan xəstəliklərin profilaktika və müalicə tədbirlərin işlənməsi.

Stomatologiya  fakultəsinin

tələbələri üçün

 

 

FƏNNİN ADI:                    Terapevtik stomatogiyasının propedevtikası                                                                                                      

FƏNNİN NÖVÜ:                                                  məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:                          Y-4                     

FƏNNİN KREDİTİ:                                             3kredit

FƏNNİN TƏDRİS FORMASI:                            əyani             

FƏNNİN TƏDRİS DİLİ:                                      azərbaycan, rus, ingilis

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ:

Terapevtik stomatologiyada erqonomikanın əhəmiyyəti və əsas prinsipləri: stomatoloji kabinetin müasir quruluşu və təchizatı, antiseptika və aseptika qaydaları və ümumiyyətlə həkim-stomatoloqun iş şəraitinin yaxşılaşdırılması və bununla da onun iş keyfiyyətinin yüksəldilməsinə dair bütün məsələlər təhlil olunur. Bundan başqa dişlərin embriogenezi, diş toxumalarının: minanın, dentinin, sementin və pulpanın histoloji quruluşu; dişlərin anatomik quruluşu və differensial xarakteristikaları və bütün bunların gələcək praktiki işləmələrdə əhəmiyyəti və mütləq nəzərə alınması şərh edilir. Proqramla müəyyən olunmuş nəzəri hissə bitdikdən sonra praktiki məşğələlər həyata keçirilir ki, burada dişlərin sərt toxumalarının zədələnmələrinin –kariyesin topoqrafik klassifikasiyasını nəzərə almaqla dişlərin preparasiyasının əsas prinsipləri və mərhələləri şərh edilir. Dişlərin preparasiyasında isitifadə edilən ləvazimatların və hazırlanan boşluqların doldurulması və eyni zamanda dişlərin restavrasiyası üçün tətbiq edilən plomb materiallarının seçimi müasir stomatologiyanın ən yeni nailiyyətləri əsasında aparılır. Dərslərin daha informativ və keyfiyyətli keçməsi məqsədi ilə tədris kompyüter vasitələri ilə aparılır.

KURSUN MƏQSƏDİ

Əhaliyə yüksək stomatloji xidmətin təşkilində ilkin və mühüm məsələlər və onların stomatologiya elminin ən son nailiyyətlərini tətbiq etməklə həlli yollarının təhlili və tədrisi.

KURSUN NƏTİCƏLƏRİ

Fənn üzrə təhsil alan tələbələr ilkin olaraq erqonomikanın prinsiplərini və həkim-stomatoloq tərəfindən əhaliyə yüksək stomatoloji yardımın təşkilində vacib olan bütün məqamlarla tanış olmuş və praktiki məşğələlər nəticəsində əyani olaraq dişlərin anatomik xüsusiyyətlərini, kariyesin topoqrafiyası nəzərə alınmaqla individual preparasiya və restavrasiya prinsiplərinə yiyələnməlidirlər.

 

 

 

FƏNNİN ADI:                                          Dişin sərt toxumalarının xəstəlikləri                   

FƏNNİN NÖVÜ:                                                  məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:                          P-5                       

FƏNNİN KREDİTİ:                                             3kredit

FƏNNİN TƏDRİS FORMASI:                            əyani             

FƏNNİN TƏDRİS DİLİ:                                      azərbaycan, rus, ingilis

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur

KURSUN TƏSVİRİ:

Terapevtik stomatologiyanın bu bölməsində dişlər çıxdıqdan sonra təzahür olunan patoloji proseslər öyrənilir. Kariyes və qeyri-karioz xəstəliklərindən yeni məlumatlar, xəstəlikləri düzgün diaqnoz etmək tədris olunur.Tələbələr həm nəzəri həm də praktiki olaraq öyrədilir. Xəstəliklər barəsində yerli ədəbiyyatla yanaşı xarici ədəbiyyatlarda olan məlumatlar ətraflı şəkildə tələbələrə catdırılır. Xəstəliklərin diaqnostikası, differensial diaqnostikası həmcinin müalicə üsulları tədris olunur. Bunlarla yanaşı xəstəliklərin  etiologiya və patogenezi barəsində  məlumat verilir.

KURSUN MƏQSƏDİ

Bu kursun əsas məqsədi kariyes və qeyri-karioz xəstəliklərinə düzgün diaqnoz qoyulması,müalicə və profilaktikasını gələcək mütəxəssislərə öyrətməkdir.

KURSUN NƏTİCƏLƏRİ

Bu fənn tədris olunub qurtardıqdan sonra tələbələr qeyri-karioz və kariyes xəstəliklərinin  etiologiya və patogenezi, klinik əlamətləri, diqnostikası, differensial diaqnostikası, müalicə üsulları və profilaktikasını mənimsəməlidirlər.

 

 

 

FƏNNİN ADI:                                        Dişin iltihabı xəstəlikləri

FƏNNİN NÖVÜ:                                                  məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:                          Y-6                      

FƏNNİN KREDİTİ:                                             3kredit

FƏNNİN TƏDRİS FORMASI:                            əyani             

FƏNNİN TƏDRİS DİLİ:                                      azərbaycan, rus, ingilis

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ:

Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, yeni kök kanallarının işlənməsi və doldurulması üçün istifadəedilənyeni materiallar, alətlər barəsində geniş məlumatların kitablardan və slaydlar vasitəsi ilə tədris olunur. Bundan öncə pulpa kamerası və endodontun anatomiyası, müxtəlif xəstəliklərin qəbul olunmuş klassifikasiyası, onların patogenezi də differensial diaqnostikası bu sahədə aparılan elmi araşdırmalar və onların nəticələrinin təhlili əsasında tədris olunur.  Pulpit və zirvə periodontitinin təzahürü, inkişafında mühüm rol oynayan etioloji faktorlarının: mikroorqanizmlər, yerli immunitet, orqanizm reaktivliyi –patogenentk təsir mexanizmi barəsində tələbələrə geniş məlumat verilir. Nəzəri dərslərlə əldə etdiyi biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq həm çəkilmiş dişlər, həmçinin də müəllimin nəzarəti və köməkliyi sahəsində xəstələrdə tətbiq edilir. Kurs zamanı periodontitlərin dəqiq differensial diaqnostikasının aparılması məqsədi ilə çoxsaylı rentgenlər qiymətləndirilir və şərh edilir. Endodontik tədbirlərin yüksək səviyyədə təşkili və işləniməsi məqsədi ilə  İSO 3630 – Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın qəbul etdiyi qərara əsasən xüsusi metallardan hazırlanan bioloji inert yüksək keyfiyyətli endodontik alətlərin istifadəsi ilə aparılır və bunun vacibliyi tələbələrin nəzərinə çatdırılır.    

KURSUN MƏQSƏDİ:

Fənn üzrə təşkil və tədris olunan kursun əsas məqsədi pulpit və zirvə periodontitlərin düzgün diaqnostikası və göstəricilərdən və alınan nəticələrdən asılı olaraq kök kanallarının müxtəlif müasir, dünya stomatoloji təcrübəsində geniş istifadə olunan müxtəlif işləmə metodu, alətlərin və doldurucularn öyrənilməsi və tətbiqidir.

KURSUN NƏTİCƏLƏRİ:

Fənnin tədrisi zamanı tələbələr ilkin olaraq pulpanın və periodontun bütün anatomik və histoloji xüsusiyyətlərini, pulpa və periodont xəstəliklərinin düzgün differensial diaqnostikası və praktiki olaraq endodontik işləmələrini müasir stomatologiyanın tələblərinə uyğun mənimsəməlidirlər. 

 

 

FƏNNİN ADI:                                        Parodont xəstəlikləri               

FƏNNİN NÖVÜ:                                                  məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:                          P-7                      

FƏNNİN KREDİTİ:                                             3kredit

FƏNNİN TƏDRİS FORMASI:                            əyani             

FƏNNİN TƏDRİS DİLİ:                                      azərbaycan, rus, ingilis

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur

KURSUN TƏSVİRİ:

Stomatologiyanın mühüm bölməsi olan parodontologiya parodont xəstəliklərinin yayılmasını, etiologiyasını, patogenezini və klinikasını öyrənməklə yanaşı, eyni zamanda onun diaqnostika,müalicə və profilaktika metodlarını öyrənir. Kurs zamanı tələbələr parodont xəstəlikləri barəsində müasir məlumatlara yiyələnirlər. Qeyd olunan xəstəliklərin təsnifatı, differensial diaqnostikası, yeni effektiv üsullar və texnologiyalar barəsində həm nəzəri kurs həmcinində praktiki işlər tətbiq edilir. Dərslər müasir standartlara uyğun olaraq kompyuter vasitəsi ilə aparılır.

KURSUN MƏQSƏDİ:

Parodont xəstəlikləri zamanı meydana çıxan patoloji proseslərin aradan qaldırılması, onlara düzgün diaqnoz qoyulması,müasir müalicə və profilaktika tədbirlərinin tədrisi.

KURSUN NƏTİCƏLƏRİ:

Tələbələr əsaslı şəkildə xəstələrdən anamnez toplasın, damağın vəziyyətini, klinik cibləri, dişlərin laxlamasını, alveolyar çıxıntının sümük toxumasının rezorbsiyasının dərəcəsini rentgen vasitəsilə müəyyən etsin.

 

 

 

 

FƏNNİN ADI:                                 Ağızın selikli qişa xəstəlikləri        

FƏNNİN NÖVÜ:                                                  məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:                          Y-8                    

FƏNNİN KREDİTİ:                                             3kredit

FƏNNİN TƏDRİS FORMASI:                            əyani             

FƏNNİN TƏDRİS DİLİ:                                      azərbaycan, rus, ingilis

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur

KURSUN TƏSVİRİ:

Əhali arasında stomatoloji xəstəliklərin yaranması və inkişafında etioloji risk amillərinin – orqanizmin infeksion xəstəliklərinin, patogenetik rolu həmin xəstəliklər fonunda ağız boşluğunda mümkün olan patoloji proseslər və zədə elementlərinin patomorfologiyası və klinikası geniş şərh olunur. Qeyd olunan xəstələrdə ağız boşluğu selikli qişasında yaranan və inkişaf edən patoloji zədələnmələr haqqında ənənəvi və ən müasir elmi nailiyyətlər və eyni zamanda onların müalicə və profilaktikasına kompleks və sistemli yanaşmaların zəruriliyi, yeni effektiv üsullar və texnologiyalar barəsində həm nəzəri kurs, həmçinin də praktiki işləmələr tətbiq edilir. Kurs bitdikdə tələbələr bir sıra mühüm məlumatlar, praktiki bacarıqlar əldə etmiş olurlar: müxtəlif sistem patologiyalar fonunda ağız boşluğunda təzahür edən və onlara xas olan morfoloji zədə elementlərinin təyin edilməsi ilə yanaşı differensial diaqnostikanın aparılması; xüsusi tədqiqat üsullarının, müalicə taktikasının əsaslandırılması və tətbiqi. 

 

 

KURSUN MƏQSƏDİ:

Orqanizmin ümumi xəstəliklər fonunda yaranan selikli qişa xəstəliklərinin qanunauyğunluqlarının araşdırılması və onların differensial diaqnostikasının müasir müalicə və profilaktka tədbirlərinin tətbiqi  və effektivliyinin qiymətləndirilməsi.

KURSUN NƏTİCƏLƏRİ:

Fənn üzrə kurs bitdikdə tələbələrin əldə etdikləri nəzəri və praktiki bacarıqlar: sitoloji və bakterioloji tədqiqatlar  üçün ağız boşluğundan materialların götürülməsi; zədə elementlərinin differensial diaqnostikası; qeyd olunan xəstəliklər zamanı müalicə vasitələrinin və üsullarının düzgün seçilməsi və tətbiqi.

 

 

 

Kafedranın ünvanı:    Az.1078 Azərbaycan, Bakı, S. Vurgun 175, Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası

Tel.: 012 4498258

E-mail: department_td@amu.edu.az