Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Əməkdaşlar

2017-ci ildən Ortopedik Stomatologiya kafedrasına tibb üzrə elmlər doktoru Nazim Adil oğlu Pənaov Rəhbərlik edir. 

Nazim Adil oğlu Pənahov 06 dekabr 1971-ci ildə anadan olub.

1978-1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı “Qızıl Medal” ilə bitirib.

Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N.Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1993-1995 –ci illərdə Azərbaycan Tibb Universitetinin ortepedik stomatologiya kafedrasında klinik ordinator, 1996-1999-cu illərdə həmin kafedrada aspirant, 2000-2008-ci illərdə assistent olub, 2008-ci ildən dosent vəzifəsində çalışmışdır. 

2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2009-cu ildə dosent elmi adına layiq görülüb.

2014-cü ildə tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

N.Pənahov 90-dan çox elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, tədris-metodik tövsiyələrin, səmərələşdirici təkliflərin müəllifidir.

2016-cı il 07 noyabr tarixindən etribarən ATU-nun elmi katibidir.


gallery-1