Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Direktorun maliyyə və iqtisad işləri üzrə müavini

 

Hümbətov Yusif Sabir oğlu 1963-cü ildə Bakı şəhərindən anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirərək həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1987-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. 1986-1991-ci illərdə Nəsimi rayon Xalq Deputatları Soveti İcrayə Komitəsində Səhiyyə şöbəsinin müfəttişi vəzifəsində çalışmışdır. 1991-ci ildən Türkiyə Cümhurriyyəti İzmir şəhərində "Dokuz Eylül Universitesində" Sərbəst Piyasa Ekonomisi və İşletmeçilik təhsili almışdır. 1997-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin RGEM "Nəzarət təftiş şöbəsində" aparıcı nəzarətçi -müfəttiş vəzifəsində çalışmışdır. 2017-ci ildən ATU -nun Tədris Stomatoloji Klinikasında direktor müavini vəzifəsində çalışmaqdadır. 


gallery-1