Səfərov Alqış Mais oğlu 10.11.1962-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1969-cu ildə Gəncə şəhərində 30 saylı orta məktəbə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirmişdir.
1990-cı ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmişdir.
1990-1991-ci illərdə Gəncə şəhəri stomatoloji poliklinikada həkim-interna kursu keşmişdir.
1992-1995-ci illərdə Gəncə şəhəri Diaqnostik Mərkəzdə həkim-stomatoloq vəzifəsində, 1995-1998-ci illərdə Gəncə şəhəri Vərəmlə Mübarizə Dispanserində həkim-stomatoloq vəzifəsində çalışmışdır.
1998-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında baş laborant, 1999-2005-ci illərdə həmin kafedrada assistent vəzifəsində işləmişdir.
2011-ci ildə Stomatologiya fakültəsinə dekan müavini vəzifəsinə təyin olunmuşdur.
2002-ci ildə ATU-nun Stomatoloji klinikasına baş həkim təyin olunmuş, 2007-ci ildən hal-hazıradək ATU-nun Stomatoloji klinikasında direktor vəzifəsində çalışır.
2003-cü ildə müdafiə edib, tibb elmləri namizədi diplomunu almışdır.
2005-ci ildən hal-hazıradək həmin kafedrada dosent vəzifəsində işləyir.
2010-cu ildə Azərbaycan Respublikanın Əməkdar Həkimi fəxri adı verilmişdir.
2012-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, AAK tərəfindən tibb üzrə elmlər doktoru diplomunu almışdır.
122 elmi işlərin müəllifidir, onlardan: 16 tezis, 18 səmərələşdirici təklif, 6 tədris-metodik vəsait, 7 dərs vəsaiti, 75 məqalə.
Rəhbərliyi altında 13 dissertant müdafiə olunub və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunub.
Hal-hazırda 4 doktorluq işində məsləhətçi gedir.
Ailəlidir, 2 övladı var.